Xəbərlər

KASPİAN MOTOR ŞOU 2024

AADA Kaspian Motor Şou 2024 avtomobil sərgisi barədə rəsmi açıqlama verdi. Sərgi 12-14 İyul 2024-cü il tarixində baş

Xəbərlər

AADA tərəfdaşlığı ilə

Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycanın Avtomobil Dilerləri Assosiasiyasının birgə

Xəbərlər

«Yaşıl ölkə - 2024» başa çatdı

Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş «Yaşıl ölkə 2024» ekoloji avtomobillər yürüş-festivalı

Natiq Zərbəliyev
Natiq Zərbəli, AADA İdarə Heyətinin Sədri

AADA: 25 illik məsuliyyət

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) 1999-cu ildə təsis qurultayını keçirmiş, 2004-cü ildə isə Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmışdır. Belə çıxır ki, yeni 2024-cü il ölkənin ilk biznes-assosiasiyalarından biri kimi, fəaliyyətimizin 25, rəsmi qeydiyyatımızın 20-ci ilinə təsadüf edir. Yubiley ərəfəsində fəxrlə qeyd edə bilərik ki, AADA sıralarında 50 avtomobil brendini ölkəmizdə təmsil edən şirkətləri birləşdirir. Təşkilatın əsas məqsədi Azərbaycanda avtonəqliyyat sektorunun inkişafı, sivil avtomobil bazarının formalaşması, ölkənin avtomobil parkının cavanlaşması, yollarda təhlükəsizliyin təmin edilməsi, ekoloji mühitin sağlamlaşmasına yardım etməkdir. AADA bu istiqamətdə aidiyyatlı dövlət qurumları ilə daim sıx əməkdaşlıq edir, ölkə avtomobil sektorunun monitorinqlərini həyata keçirir, avtomobil biznesini tənzimləyən yeni normativ aktlarının işlənib hazırlaması üçün təkliflər irəli sürür. 

Bununla yanaşı AADA mütəmadi olaraq, dünya avtomobil sənayesinin ən müasir nümunələrinin nümayişi, ekoloji nəqliyyat vasitələrinin təşviqi məqsədilə, müxtəlif sərgilər, festivallar, avto-yürüşlər, konfranslar, müsabiqələr və digər tədbirlər təşkil edir. Bunlardan “Caspian Motor Show”,  “Caucasus Motor Show”, “Avto-Eko” sərgilərini, müxtəlif ölkələrin avto-festivallarını, “Yaşıl ölkə” yürüşlərini, məktəblilər arasında “Gələcəyin avtomobili” dizayn müsabiqələrini və s. misal göstərmək olar. Azərbaycanda ən uzun marşrutlu avtomobil yürüşü AADA tərəfindən 2008 ci ildə “ İlhamla İrəli” şüarı altında keçirilib.

AADA avtomobil sektorunda fərqlənən şirkət, təşkilat və şəxslərə hər il “Qızıl Çarx” mükafatını da təqdim edir. 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2022-2030 sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" çərçivəsində reallaşdırılmalı olan "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" proqramının gerçəkləşməsində rəsmi avtomobil idxalçılarının üzərinə böyük məsuliyyət düşür. 

2024-cü il ölkəmizin avtomobil parkının yenilənməsində dönüş ili olmalıdır. Azərbaycana ən müasir və ekoloji avtomobillər idxal etmək, əhaliyə təklif etmək üçün sərfəli maliyyə sxemləri axtarmaq, yeni avto-kredit və avto-lizinq şərtlərinə nail olmaq üçün ciddi araşdırmalar aparıb, hökümətə təkliflər paketi ünvanlamaq - bütün bunlar yeni ildə qarşımızda duran vəzifələrdir. Hər il olduğu kimi, bir sıra “avtomobil bayramları”nın, o cümlədən AADA-nın yubiley konfransının təşkili də öz yerində…